Nicat DAĞLAR
Əslinə qeyri-adi heç nə baş verməyib... Rəsmi Bakının müharibə bəyanatlarının əsassız olmadığını göstərən bir hadisə yaşadıq və məncə bununla çoxdandır ki, məsxərə səviyyəsinə endirilmiş LAZIM GƏLƏRSƏ söhbətlərinə də son verilməlidir.Lazım oldu, lazım bilndi və əsgərimiz Ermənistan Ordusuna məxsus hərbi texnikanı sıradan çıxardı. Azərbycan Orusunun bütün göstəricilərinə görə işğalçı ölkənin ordusundan üstün vəziyyətdə olduğu faktdır və bu reallığı nəzərə aldıqda erməni helikopterinin vurulmasını sensasiya kimi qiymətləndirməməliyik. Baş vermiş hadisə ancaq “bu hələ harasıdır” kimi reaksiyalarla qarşılanmalıdır.Azərbaycan Ordusu nəyə qadir olduğunu qarşı tərəfə dəfələrlə nümayiş etdrib. Bu, birinci hal deyil ki, Ermənistanı sarsıdır, hərbi əməliyyatlara başlamağa hazır vəziyyətdə oldğumuz barədə deyilənlərin real əsaslara söykəndiyini nümayiş etdiririk. Hərbi helikopterin vurulması bu günə qədər səsləndirilmiş bəyanatların əslində Ordunun qüdrətindən qaynaqlandığını bir daha təsdiqlədi və təkcə yerdə deyil, göydə də düşmənə güc göstərmək imkanında olduğumuzu göstərdi. Və cəmi bir atəş... Bu isə əsgərlərimizin hazırlıq səviyyəsinin yüksək oldğunun göstəricisidir.. Səhnəni təsvir etmək istəmirəm. Hamımız gördük ki, səngərdə gərginlik var idi... Belə vəziyyətdə diqqət yayınır, hədəfin dəqiq nişan alınması çətinləşir. Lakin əsgərimiz əlini əsdirmədən, diqqətini yayındırmadan hədəfə doğru cəmi bir atəş açdı və elə səngərdəkilər sayağı desək, “oppa”, “qəşşəng” nəticə əldə olundu.. Bu, həqiqətən də yüksək hazırlıqdan xəbər verir və sözsüz ki, qarşı tərəfdəkilər də bu faktı ciddi şəkildə analiz edəcəklər...Helikopterin vurulması ilə bağlı xarici təşkilatların verdiyi bəyanatları da diqqətlə nəzərdən keçirdim. “Qorxulu” heç nə yoxdur. Narahat olublar, bu kimi hadisələrin gərginliyi artıracağından ehtiyat edirlər və həmişəki kimi münaqişənin son nəticədə sülh yolu ilə həll olunacağına ümidlərini itirmirlər. Başqa nə deməliydilər ki? Azərbaycanın xarici siyasəti də artıq ciddi irəliləyişlər əldə edib və odur ki, helikopterin vurulmasına görə tərəqqipərvər bəşəriyyətin bizi “asıb-kəsəcəyini” gözləməyə dəyməzdi. Heç bilirsiz hadisə baş verən gün erməni saytları nələr yazırdılar? Həşir qoparardılar ki, bəs helikopterin vurulmasına görə beynəlxalq ictimaiyyət Azərbaycanı “daş-qalaq” edəcək, hansısa sanksiyalar tətbiq olunacaq və nəhayət Rusiya qəzəblənəcək. Bütün bunların heç biri olmadı və ola da bilməzdi. Görünür erməni ekspertlər məsələlərə kortəbii yanaşma tərzindən hələ də əl çəkməyiblər. Analiz edə bilmirlər ki, regiondakı münasibətlər kontekstində nəzərəçarpan dəyişikliklər yaranıb və artıq dəvə köhnə hamam içindəki dəlləklik funksiyasını itirib...Erməni helikopterinin vurulması mənə işğalçıların Xankəndinə təyyarə uçurtmaq iddiasına düşməsini və Azərbaycan tərəfinin reaksiyasına cavab olaraq Ermənistan prezidentinin açıqlamasını xatırlatdı. Demişdi ki, birinci təyyarəyənin sərnişini özü olacaq. Azərbaycan Müdafiə Nazirliyi təyyarənin bütün hallarda vurulacağını bəyan edəndən sonra isə ermənilər bu iddiadan geri çəkilməyə başladılar... Bax, son helikopter olayı göstərdi ki, Sarkisyan təyyarəyə minib Xankəndinə uçsaydı, bizim manqa komandirimiz onu da parça-parça edəcəkdi.Biz məğlibiyyətin oyatdığı xalqıq və gücümüz də içimizdə olan intiqam hissindədir. Düz deyiblər, insanın həqiqi gücü onun biləyində yox, diləyindədir. Bizim diləyimiz isə safdır, ədalətlidir.P.S Hər şey kinolardakı kimi səliqəli olmur. Düşmənlə üz-üzə dayananların öz aralarında qardaşyana, dostyana davranması təbii haldır. "Komandir" deyilən adam da zabit deyil, elə ona "vur" deyənlərdən biridir. Düşmən helikopterini vurmaq kifayət qədər məsuliyyətli addım idi. Əsgərlərin gərginliyini nəzərə almadan onları qınamaq olmaz. Məncə hər şey müharibə şəraitinə uyğun idi. Elə söyüşlər də...P.P.S Qəhrəmanlıq elə bir hərəkətdir ki, onu məşq etmək olmur. Bu, an məsələsidir. Manqa komandirimiz də həmin anı buraxmadı!