Lazzarinidən xəbərdarlıq: Qəzzada atəşkəsə qayıtmaq lazımdır

Lazzarinidən xəbərdarlıq: Qəzzada atəşkəsə qayıtmaq lazımdır
DÜNYA
13:50 19.03.2025
159
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Philippe Lazzarini Qəzza zolağındakı müharibə ilə bağlı açıqlama verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Lazzarini Qəzza zolağında yenidın alovlanan müharibə ilə bağlı "yer üzündə cəhənnəmi" yandırmaq yalnız daha çox ümidsizlik və iztirablara səbəb olacaq deyə bildirib.

Lazzarini həmçinin media platforması X-də verdiyi açıqlamada "İsrail qüvvələrinin gecə boyu şiddətli bombardmanları nəticəsində həlak olan mülki şəxslərin, o cümlədən uşaqların dəhşətli görüntülərini" pisləyib.

Lazzarini qan tökülməsinin qarşısını almaq üçün təcili olaraq atəşkəsə qayıtmağın vacibliyini vurğulayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR