Öldürülən jurnalistin son görüntüləri yayıldı - FOTOLAR

DÜNYA
00:30 17.04.2015
1379
Ukraynanın paytaxtı Kiyevdə öldürülən məşhur jurnalist Oles Buzinanın meyitinin fotoları yayılıb.
ANS PRESS-in məlumatına görə, müxalifətçi jurnalistin ölümündən sonra çəkilən ekskluziv fotolarını Ukrayna mətbuatı yayıb.
Oles Buzina müxalifətçi jurnalist, yazıçı və teleaparıcıdır. Ukrayna əleyhinə çıxışları ilə tanınır. “Seqodnya” qəzetinin keçmiş şef-redaktorudur.
Məşhur jurnalist bu gün Deqtərevsk küçəsində 58 saylı binanın yanında tünd göy rəngli “Ford Fokus” markalı avtomobildən atılan güllə nəticəsində ölüb.
Hadisə şahidləri maşındakı nömrənin Latviya və ya Belarusa məxsus olduğunu bildiriblər. Son məlumatlara görə istintaqçılar Kiyevdə jurnalistin güllələnməsində iştirak edən italyan nömrəli maşını tapıblar.
OXŞAR XƏBƏRLƏR