Öldürülən ukraynalı əsgərlər görüntüləndi

Öldürülən ukraynalı əsgərlər görüntüləndi
DÜNYA
13:21 20.02.2024
213
Rusiya qüvvələri ələ keçirdikləri Avdiyivkada Ukrayna əsgərlərinin cəsədləri ilə qarşılaşıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın Donetsk vilayətinin Avdiyivka şəhəri Rusiyanın nəzarətinə keçib. Kiyev administrasiyası öz qüvvələrini sözügedən şəhərdən çıxarmalı olub.

Sosial mediada əks olunan görüntülərdə geri çəkilmə zamanı həyatını itirən ukraynalı əsgərlərin cəsədləri tapılıb. Yerdə uzanan əsgərlər lentə alınıb. Ukrayna əsgərləri qar altında qalıb.

Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirskiy Donetsk vilayətinin Avdiyivka şəhərindən qoşunların çıxarılmasına qərar verdiklərini açıqlayıb.

Ukrayna əsgərlərinin üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdiyini qeyd edən Sirski deyib:

"Əsgərlərimiz düşmənə əsgər və texnika baxımından xeyli itkilər verərək, ən yaxşı rus qoşunlarını məhv etmək üçün əlindən gələni etdilər. Biz vəziyyəti sabitləşdirmək, mövqelərimizi qorumaq üçün tədbirlər görürük. Əsgərlərimizin həyatı ən yüksək dəyərdir. Avdiyivkanı geri alacağıq”.
 
Nəzrin
OXŞAR XƏBƏRLƏR