Öldüyü hesab edilən 20 yaşlı qız dəfn zamanı gözünü açdı

Öldüyü hesab edilən 20 yaşlı qız dəfn zamanı gözünü açdı
DÜNYA
16:30 26.08.2020
1665
ABŞ-da 20 yaşlı Timeşa Beauçampın öldüyü zənn edilərək dəfn edilməyinə qərar verilib. Səlahiyyətli şəxslər gəncin meyitinin büküldüyü örtüyü açanda Timeşanın yaşadığını görüncə dəhşətə gəliblər.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, müayinə zamanı qadının bir saatdan çoxdur ki, dirildiyi məlum olub. 

Gənc qızın ailəsinin vəkili Fieger hadisə anını belə izah edib: "Artıq dəfnə hazırlaşırdıq. Dəfn evinin əməkdaşları meyitin üzünü açanda qızın gözlərinin açıq olduğunu görüblər".

Qızın anası Erika Lattimore isə "İçim parça-qarça olur. Övladım sağ ola-ola öldüyünü dedilər" ifadələrini işlədib.
OXŞAR XƏBƏRLƏR