Öldüyü zənn edilən qadın dəfn mərasimində dirildi

Öldüyü zənn edilən qadın dəfn mərasimində dirildi
DÜNYA
15:22 10.01.2020
6915
Hindistanda öldüyü zənn edilən qadın dəfn mərasimi zamanı dirilib.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, bu barədə "The Hindu" saytı məlumat yayıb.

Hadisə Hindistanın Karnataka ştatında baş verib. Belə ki, Malatu Çauqili yüksək hərarətlə yerli xəstəxanaya yerləşdirilib. Bir neçə saatdan sonra o, huşunu itirib və həkimlər xəstəyə ölüm diaqnozu qoyublar.

Bundan sonra xəstənin yaxınları onu evə aparıblar. Lakin M.Çauqili dəfn mərasimində qəflətən gözlərini açıb və ayağa qalxıb.

Sonradan həkimlər səhvlərini etiraf ediblər və qadının komaya düşdüyü məlum olub.

OXŞAR XƏBƏRLƏR