Lebron Ceyms NBA-da oyun sayına görə 6-cı pilləyə yüksəlib

İDMAN
18:55 07.03.2024
119
ABŞ-nin "Los Anceles Leykers” klubunun oyunçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə keçirdiyi oyunların sayına görə altıncı pilləyə yüksəlib.

39 yaşlı idmançı buna "Sakramento Kinqs"ə 120:130 hesabı ilə uduzduqları matçda meydana çıxmaqla nail olub.

1477 qarşılaşmada iştirak edən ulduz basketbolçu Karl Melounu (1476) geridə qoyub.

İlk "üçlük"də Robert Periş (1611), Kərim Abdul-Cabbar (1560) və Vins Karter (1541) qərarlaşıb. Dirk Novitski (1522) dördüncü, Con Stokton (1504) beşincidir.
 
///Report

OXŞAR XƏBƏRLƏR