Polşada ağciyər xəstəliyinin bir növü olan legioner xəstəliyinə səbəb olan legionella bakteriyasından həyatını itirənlərin sayının 16-ya yüksəldiyi bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, epidemiya başlayandan bəri ölkə daxilində ən azı 155 yoluxmuş şəxs xəstəxanalara yerləşdirilib.
Ölkənin cənub-şərqindəki Rzeşov şəhərində epidemiya ilə bağlı araşdırmalar davam edir.
Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, legionella bakteriyası səbəbiylə ümumilikdə 16 nəfər həyatını itirib.
Qripə bənzər əlamətlərlə başlayan və pnevmoniyaya qədər irəliləyən legioner xəstəliyi müalicə edilmədikdə tənəffüs və çoxlu orqan çatışmazlığına və ölümə səbəb ola bilər.
Ayşən