Məşhur jurnalistlər televiziya yaradır: Daha çox neqativləri göstərəcəyik - MÜSAHİBƏ

Məşhur jurnalistlər televiziya yaradır: Daha çox neqativləri göstərəcəyik - MÜSAHİBƏ
TOP4
12:47 20.05.2020
3023
May ayının 28-də Azərbaycanda yeni internet televiziya fəaliyyətə başlayacaq. LAF TV adlanan telekanalın təsisçiləri isə tanımış telejurnalistlər Ləman Ələşrəfqızı və Afət Telmanqızıdır. 
 
Ləman Əliəşrəfqızı yeni layihələri haqda AZXEBER.COM-a müsahibə verib. 
 
- Yeni internet televiziya təsis etmisiniz. İstərdik ki, bu haqda ətraflı məlumat verəsiniz...
 
- Biz may ayının 28-də - Cümhuriyyət günündə həmkarım Afət Telmanqızı ilə birlikdə "LAF TV" adlı internet televiziya açırıq. "LAF" sözü bizim leksikonumuzda olmasa da, türklərdə də "laf etmək" ifadəsi var. Yəni danışmaq. Bu söz bütün mənalarında bizim jurnalist missiyamıza uyğundur. Jurnalistin işi danışmaq, laf etməkdir. Həm də LAF sözündə bizim hər ikimizin adlarımızın baş hərfləri var orada. Ona görə bu adda televiziya açmaq qərarına gəldik. Tamaşaçılarımız internet vasistəsilə bizi izləyə biləcəklər.
 
- LAF TV-nin əsas prioritetləri nələr olacaq? 

- Daha çox sosial layihələr olacaq. Proqram şəklində tamaşaçı önunə çıxacağıq. Gündə bir xəbər buraxılışı planlaşdırırıq. Onun adı "Ülgüc xəbər" olacaq. Bu həm xəbərin gücü, həm də ülgüc kimi kəskin olması deməkdir. Reportaj və sosial problemlərlə gündəmə gələcəyik. Təbii ki, günün mövzusuna uyğun olaraq müsahibələr də olacaq. Bu telekanal hər ikimiz üçün tribuna olacaq, sözümüzü deyəcəyik. Çalşacağıq ki, günün nəbzini tuta bilək və Azərbaycanın azad informasiya məkanında nəsə yadda qalan iş ortaya qoya bilək.
 
- Yaratdığınız kanalın bu günə qədər çalışdığınız kanallardan fərqi nə olacaq?
 
- "Mən şəxsən öz adıma deyirəm ki, işlədiyim hər bir kanalda hər zaman fərqli görünməyə, fərqli layihələr etməyə çalışmışam. Yəni, Ləman Ələşərəfqızı hansı xətt üzrə gedib, tanınıbsa çalışacam o dəsti-xəttimi qoruyub-saxlayım. Ancaq yenədə deyirəm ki, bizim xəbərimizin adı "ülgüc xəbər" olacaq. Daha çox cəmiyyətdə baş verən neqativlər köklənəcəyik.
 
- Başqa hansı tanınmışları televiziyanıza cəlb etməyi düşünürsünüz?
 
- Hələ ki, Afətlə ikimiz olacağıq. Bu ikimizin gücü ilə ortaya çıxan layihədir. Hələki dar bir ortamda Afət mən və bir-iki texniki işçidən ibarət olacağıq. İnsAllah böyüsək, sıralarımız da genişlənəcək. 
 
Günel Hüseynli,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər