BAKU AZƏRBAYCAN
9°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Ləman Ələşrəfqızının namizəd olduğu dairədə 3 məntəqənin nəticələri etibarsız sayıldı

Ləman Ələşrəfqızının namizəd olduğu dairədə 3 məntəqənin nəticələri etibarsız sayıldı
Seçki2020
22:50 24.02.2020
2367
i
AZXEBER.COM-un məlumatına görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edib:

"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 3 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 3 seçki ( 29, 30 və 43 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

OXŞAR XƏBƏRLƏR