Ölən erməni əsgərlərlə əsirlərimizi dəyişmək mümkündürmü?

Ölən erməni əsgərlərlə əsirlərimizi dəyişmək mümkündürmü?
SİYASƏT
17:17 18.11.2014
1446
“Erməni əsirliyində olan soydaşlarımızı azad etmək bizim borcumuzdur. Hazırki vəziyyətdə belə bir situasiyanın yaranması şans ola bilər. Hesab edirəm ki, bu istiqamətdə səlahiyyətli qurumlar tərəfindən lazımi addımlar atılacaq”.
Bu sözləri AZXEBER.COM-a Milli Məclisin deputatı Elman Məmmədovun “Həlak olmuş erməni pilotlarının cəsədlərini Xankəndində saxlanılan girovlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovla dəyişmək lazımdır” fikrini şərh edərkən tanınmış hüquq müdafiəçisi Səidə Qocamanlı söyləyib.
Xatırladaq ki, Milli Məclisin deputatı Elman Məmmədov təklif irəli sürərək bidlirb ki, həlak olmuş erməni pilotlarının cəsədlərini Xankəndində saxlanılan girovlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovla dəyişmək lazımdır.
Qeyd edək ki, gündəmin əsas mövzularından birinə çevrilmiş iki mühüm hadisənin həlli prosesi paralel davam edir. Bunlar biri hazırda erməni əsirliyində olan iki girov götürülmüş vətəndaşımız Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyidir, digəri isə noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmuş erməni helikopterinin qalıqlarının və meyitlərin təhvil verilməsi məsələsidir. Millət vəkilinin mövqeyini AZXEBER.COM-a şərh edən hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, irəli sürülən təklifi müsbət dəyərləndirirəm: “Tarixdə belə hadisələr çox olub. Düşünürəm ki, erməni əsirliyində olan girovlarımız azad edilməlidir. Soydaşlarımızı azad etmək bizim borcumuzdur. Hazırki vəziyyətdə belə bir situasiyanın yaranması şans ola bilər. Hesab edirəm ki, bu istiqamətdə səlahiyyətli qurumlar tərəfindən lazımi addımlar atılacaq”.
Hüquq müdafiəçisi sözlərinə onu əlavə edib ki, bu işlər həm Azərbaycan qanunlarına, həm də beynəlxalq qanunların çərçivəsində həyata keçirilməlidir.
Xatırladaq ki, üç azərbaycanlı Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov cari ilin iyun ayında Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülüb. Həsən Həsənov qətlə yetirilib, onun cəsədi Azərbaycan tərəfinə verilib.
Noyabrın 12-də isə Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimali-şərqdə hava məkanında hərbi kurs götürən və Azərbaycan mövqelərini atəşə tutmağa çalışan, Ermənistan SQ məxsus Mi-24 helikopteri vurulub. Azərbaycan tərəfinin açdığı atəş nəticəsində düşmən helikopteri vurulub.
“Vətəndaşlarımızın erməni əsriliyindən azad edilməsi üçün yaxşı imkan yaranıb və Azərbaycan hakimiyyəti bu şansdan istifadə etməlidir”, - Elman Məmmədov qeyd edib.
“Erməni tərəfi həlak olmuş pilotlarının qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə və digər beynəlxalq təşkilatlara müraciət edib. Mən Azərbaycan hakimiyyətinə erməni pilotlarının cəsədlərini Xankəndində saxlanılan, qeyri-qanuni olaraq mühakimə edilən və işgəncələrə məruz qalan iki azərbaycanlı əsirlərlə dəyişməyi təklif edirəm. Əminəm ki, Azərbaycan hökuməti məhz belə edəcək”, - deputat qeyd edib.
Azxeber.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb