Lənkəran sakini özünü güllələdi

Lənkəran sakini özünü güllələdi
SOSİAL
17:52 06.02.2017
860

 

Lənkəran rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Hadisə rayonun Şağlakücə kəndində baş verib. 
Belə ki, həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Şərifov Ramal Cəbrayıl oğlu pnevmatik tüfənglə ehtiyatsız davranış nəticəsində döş qəfəsindən yaralanıb. 

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, müayinə zamanı döş qəfəsinin sol yarısında, altıncı-yeddinci qabırğaların arasında içəri nüfuz edən qırma aşkar edilib və R.Şərifov əməliyat olunub.

Faktla bağlı araşdırma aparılır.


///report
OXŞAR XƏBƏRLƏR