Lənkəran sakinlərindən silah götürüldü

Lənkəran sakinlərindən silah götürüldü
SOSİAL
17:00 10.09.2018
4145
Lənkəran sakinlərindən silah götürülüb.

DİN-dən verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Cil kənd sakinləri - İmran Abdullayevin, Şirvan Əkbərovun və Elmin Rzayevin evlərinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16”, "İJ-58” və "İJ-18” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR