“Lənkəran şəhər stadionuna 12-14 min manat dəyərində ziyan dəyib” - AÇIQLAMA

“Lənkəran şəhər stadionuna 12-14 min manat dəyərində ziyan dəyib” - AÇIQLAMA
İDMAN
16:20 26.08.2013
1286

“Dünən “Xəzər-Lənkəran” və “Neftçi” komandaları arasında oyunda baş verən insident klub və stadion rəhbərliyi olaraq bizim istəmədiyimiz bir olaydır. Ötən gün Lənkəranda baş verən hadisələrin təməli son Azərbaycan kubokunda qoyulmuşdu”. Bu açıqlamanı APA-nın Cənub bürosuna Lənkəran mərkəzi şəhər stadionunun direktoru Höccət Hacıyev verib.

Onun sözlərinə görə, ötən gün Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Xəzər-Lənkəran” və “Neftçi” komandalarının oyununda azarkeşlər arasında baş vermiş insident zamanı ictimai asayişi qorumağa cəlb edilmiş Daxili İşlər Orqanının əməkdaşlarından 6 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İnsident nəticəsində həmçinin “Xəzər-Lənkəran” klubunun stadionunda müxtəlif avadanlıqlar korlanıb, xeyli sayda oturacaq sındırılıb. Höccət Hacıyevin sözlərinə görə, ümumilikdə stadiona 12-14 min manat dəyərində maddi ziyan dəyib. İcraçı direktor bildirib ki, “Neftçı” Lənkərana səfərdən öncə stadion rəhbərliyinə göndərdiyi məktubda komanda ilə birlikdə azarkeşlərin gəlməyəcəyini bildirib, amma nəticə əksinə olub. 

Qeyd edək ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq ŞRPŞ-ə gətirilib. Onlardan 4-nün sərxoş olması müəyyən edilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə veriblər
20:27 25.07.2025
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə veriblər
"Makron yaxşı oğlandır, sözlərinin mənası yoxdur" - Tramp
20:18 25.07.2025
"Makron yaxşı oğlandır, sözlərinin mənası yoxdur" - Tramp
Rəssam Tofiq Qaziyev vəfat edib
20:09 25.07.2025
Rəssam Tofiq Qaziyev vəfat edib
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər
20:05 25.07.2025
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər
İsrail ordusu HAMAS-ın Kəşfiyyat xidmətinin rəhbərini zərərsizləşdirib
19:49 25.07.2025
İsrail ordusu HAMAS-ın Kəşfiyyat xidmətinin rəhbərini zərərsizləşdirib
"Karvan" növbəti transferini həyata keçirib
19:34 25.07.2025
"Karvan" növbəti transferini həyata keçirib
Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb
19:16 25.07.2025
Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılıb
18:58 25.07.2025
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılıb
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
18:40 25.07.2025
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
Binəqədidə yaşayış binasını birə basdı - VİDEO
18:28 25.07.2025
Binəqədidə yaşayış binasını birə basdı - VİDEO
Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Foto
18:15 25.07.2025
Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Foto
Sürücülər üçün Tədris Proqramı təsdiqləndi
18:09 25.07.2025
Sürücülər üçün Tədris Proqramı təsdiqləndi
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
17:47 25.07.2025
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
17:29 25.07.2025
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
“Unibank” hər kəs üçün bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
17:26 25.07.2025
“Unibank” hər kəs üçün bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
17:09 25.07.2025
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq