Lənkəran ötən il 16 mindən artıq turisti qarşılayıb

İQTİSADİYYAT
09:45 29.01.2013
1864

2012-ci ildə Lənkərana gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə iki dəfə artıb .

Bu barədə Lənkəran rayon Mədəniyyət şöbəsinin baş məsləhətçisi İlqar Əzimov məlumat verib.O bildirib ki, 2010-cu ildə Lənkərana gələn turistlərin sayı 8 min olmuşdusa , 2012-ci ildə bu rəqəm iki dəfədən çox artıb, yəni 16 mini keçib.Əksəriyyətini ölkədaxili turistlər təşkil etdiyini deyən şöbə əməkdaşı qeyd etdi ki, rayona gələn xarici turistlərin sayı da az deyil. Belə ki, bu rəqəm ümumi turist sayının 20-25 faizini təşkil edir. Onların da əksəriyyəti MDB ölkələri və qonşu İran İslam Respublikasından gələnlərdir.2013-cu ildə Lənkərana gələn turist sayının daha da artacağı proqnozlaşdırılır.

OXŞAR XƏBƏRLƏR