Lənkəranda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı
SOSİAL
18:51 15.06.2022
243
Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Qala xiyabanı küçəsinə 5 mərtəbəli binada baş verib.

2 yaşlı Əlixan Şəhriyar oğlu Bağırov nəzarətdən kənar qaldığından 4-cü mərtəbənin pəncərəsindən yıxılıb.

Ağır xəsarətlər alan azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kritik-ağır kimi qiymətləndirirlər.

Uşağın Bakıdakı xəstəxanalarından birinə köçürülməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR