Lənkəranda Olimpiya İdman Kompleksində boğulma olub.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə kompleksin üzgüçülük hovuzunda qeydə alınıb.
Lənkəran rayonu Şiləvar kənd sakini, 20 yaşlı Fəxrəddin Ədalət oğlu Babayev suda boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan F.Babayevin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.