Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb.
"Qafqazinfo”nun məlumatına görə, hadisə Lənkəran rayonunun Zövlə kəndində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Vüsal Lütvəli oğlu Qarazədənin meyiti özünə məxsus tövlədə asılmış vəziyyətdə tapılıb.
Qeyd edək ki, V. Qarazadə iki uşaq atası idi.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.