Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub

Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
HADİSƏ
18:57 10.05.2025
299
Lənkəranda baş verən qəzada məktəbli xəsarət alıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi piyada 10 yaşlı M.A-nı vurub.

Xəsarət alan məktəbli dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR