Lənkəranda avtomobil su ötürücü kanala aşıb, xəsarət alan var

Lənkəranda avtomobil su ötürücü kanala aşıb, xəsarət alan var
HADİSƏ
20:15 17.04.2025
735
Lənkəranda avtomobil kanala aşıb.

Hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini,1987-ci il təvəllüdlü Ülkər Əsədovanın idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı suötürücü kanala aşıb.

Sürücü xəsarət alaraq Lənkəran Rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Qəza nəticəsində kanalın üstündən keçən yüksək təzyiqli qaz kəməri də qismən zədələnib.

Faktla bağlı araşdırma aparılır.
 
///APA
OXŞAR XƏBƏRLƏR