Lənkəranda bağçada uşağı döyən müəllimə işdən çıxarıldı

Lənkəranda bağçada uşağı döyən müəllimə işdən çıxarıldı
SOSİAL
13:21 29.05.2025
467
"Lənkəran Kaspi Kids" bağçasında uşağa şiddət göstərən müəllimə işdən azad edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a "Kaspi" Təhsil Şirkətindən məlumat verilib.

Qeyd olunub ki, baş verən hadisə ilə bağlı araşdırma aparılıb:

"Kaspi Kids" Lənkəran nümayəndəliyi məktəbəqədər hazırlıq xidməti təqdim edən müəssisədir. Həmin müəssisə "Hirkan Hazırlıq Kursu" MMC tərəfindən idarə olunur. Həmin MMC "Kaspi Kids" brendi adından istifadə üçün françayzinq müqaviləsinə əsasən rəsmi icazə ilə fəaliyyət göstərirdi.

Bu kimi hallar təhsil müəssisəsinin prinsiplərinə və dəyərlərinə tamamilə ziddir. Bu səbəblə baş verən hadisə dərhal araşdırılıb, müvafiq əməkdaş işdən azad edilib. Eyni zamanda, "Kaspi Kids" brendin təhsil keyfiyyəti prinsiplərinə uyğun fəaliyyət göstərmədiyi üçün "Hirkan Hazırlıq Kursu" MMC-nin françayzinq müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bu xoşagəlməz hadisədən dərin təəssüf hissi keçiririk. Gələcəkdə bu kimi halların baş verməməsi üçün nəzarət mexanizmləri daha da gücləndiriləcək, bütün zəruri tədbirlər görüləcək".
OXŞAR XƏBƏRLƏR