Lənkəranda baş verən qəzalarda xəsarət alanların vəziyyəti AÇIQLANDI

Lənkəranda baş verən qəzalarda xəsarət alanların vəziyyəti AÇIQLANDI
HADİSƏ
23:37 18.05.2025
395
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
 
AZXEBER.COM xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, mayın 18-də saat 17:05-də Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (2-si kişi, 1-i qadın cinsli, 2 azyaşlı olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Eyni gün saat 17:55-də Lənkəran şəhərinin Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (3-ü kişi, 2-i qadın cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR