Lənkəranda evdə yanğın olub

Lənkəranda evdə yanğın olub
HADİSƏ
21:30 01.01.2026
133
Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.

AZXEBER.COM APA-ya istinadən  xəbər verir ki, yanğın hadisəsi Lənkəran rayonunun Şıxakəran kəndində bir evdə qeydə alınıb.

İlkin məlumata görə Samir adlı kənd sakininə məxsus olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Əldə etdiyimiz məlumata görə ev sahibləri Rusiya Federasiyasında yaşayır. Evdə yaşayış olmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR