Lənkəranda evə basqın: ana öldürüldü, qızı yaralandı

Lənkəranda evə basqın: ana öldürüldü, qızı yaralandı
SOSİAL
10:25 21.06.2017
1034
Lənkəranda naməlum şəxslər evə basqın edib, qadın qətlə yetirilib, qızı yaralanıb.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Liman şəhərində qeydə alınıb. Liman şəhər sakinləri  63 yaşlı Nəcəfova Arifə Əsəd qızı və  40 yaşlı Nəcəfova İlahə Təvəkkül qızı çoxsaylı bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyata götürülən Arifə Nəcəfova həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
 
Hazırda İlahə Nəcəfovanın əməliyyatı davam etdirilir.
 
Hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 
OXŞAR XƏBƏRLƏR