Lənkəranda evini su basan qadınla əlaqə kəsildi

Lənkəranda evini su basan qadınla əlaqə kəsildi
SOSİAL
13:47 05.10.2017
789

Lənkəranda yağan güclü yağış bir sıra fəsadlar törədib.

Lənkəran çayının daşması nəticəsində Rvo kəndində Təranə Muxtarovaya məxsus evə ciddi ziyan dəyib.

Çayın daşması səbəbindən evin bir hissəsini sel yuyub, aparıb, ev sahibi isə köməksiz vəziyyətdə qalıb. Hazırda onunla əlaqə kəsilib.
 
Əlaqədar qurumlara məlumat verilib. 

///apa
OXŞAR XƏBƏRLƏR