Lənkəranda Hirkan parkındakı yanğın söndürülüb - Fotolar

Lənkəranda Hirkan parkındakı yanğın söndürülüb - Fotolar
SOSİAL
17:40 29.06.2019
10522

İyunun 28-də ildırım vurması nəticəsində Hirkan Milli Parkının dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən verilən məlumata görə, yanğın qısa müddətdə milli parkın əməkdaşlarının və yaxınlıqdakı Gəgiran kəndinin sakinlərinin köməyi ilə söndürülüb. 

Ərazidə yalnız quru ot örtüyü yanıb, ağaclara ziyan dəyməyib. 

 

ETSN yanğının qarşısının alınmasında nazirliyin əməkdaşlarına kömək və dəstək göstərdiklərinə görə Gəgıran kəndinin sakinlərinə minnətdarlıq bildirir və vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyatlı davransınlar, yanğın təhlükəsizliyi qaydalarına riayət etsinlər 




OXŞAR XƏBƏRLƏR