Lənkəranda məktəbli müəmmalı şəkildə öldü

Lənkəranda məktəbli müəmmalı şəkildə öldü
SOSİAL
18:11 26.03.2018
2434
Lənkəranda məktəbli müəmmalı şəkildə ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Cəlilabad sakini, 2004-cü il təvəllüdlü Fərhad Fərahim oğlu Məmmədzadə halsız vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən məktəblinin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, F. Məmmədzadə Lənkəranda yerləşən liseylərdən birinin şagirdi olub. O, yoldaşları ilə birgə təhsil aldığı liseyə gedərkən hadisə baş verib.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR