Lənkəranda polislər 17 yaşlı tələbəni döyüb?

Lənkəranda polislər 17 yaşlı tələbəni döyüb?
SOSİAL
18:28 01.06.2022
350
Lənkəranda polislər 17 yaşlı kollec tələbəsini döyüb.

AZXEBER.COM-un Report-a istinadla xəbərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tələbə mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb:

"Daha sonra 17 yaşlı gənc orada bir neçə polis nəfəri tərəfindən döyülüb".

Tələbə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin açıqlama verəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR