Lənkəranda qadın sahibkarlar üçün vörkşoplar keçiriləcək

Lənkəranda qadın sahibkarlar üçün vörkşoplar keçiriləcək
SOSİAL
12:09 28.10.2024
218

"Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” Trendyol şirkəti ilə tərəfdaşlıqda və BMT-nin Azərbaycandakı Ofisinin dəstəyi ilə təşkil olunur.

AZXEBER.COM xəbər verir ki, iki gün davam edəcək proqramda qadın sahibkarlar üçün yaşıl bacarıqlar və dayanıqlı biznes təcrübələri bölüşüləcək. Proqram "29 İqlim söhbəti: COP29-a gedən yol" təşəbbüsü çərçivəsində keçiriləcək.

Proqram cənub bölgəsindən olan (Lənkəran, Astara, Masallı, Biləsuvar, Lerik, Cəlilabad) və gender stereotipləri, maliyyə çətinlikləri və resurslara əlçatanlığın olmaması kimi əhəmiyyətli maneələrlə üzləşən qadınlara dəstək göstərməyi hədəfləyir. Proqram qadınlara ekoloji cəhətdən təmiz sahibkarlıq sahəsində praktik bacarıqlar qazandıracaq; onların həm iqlim dəyişikliyi ilə mübarizə, həm də yerli iqtisadi inkişafa töhfə vermələri istiqamətində bilik və bacarıqlarını möhkəmləndirəcək.

Dayanıqlılıq və COP29-a yönəlmiş qlobal hərəkata uyğun olaraq, proqramda uğurlu qadın sahibkarların çıxışları, yaşıl liderlik mövzusunda panel müzakirələri və sosial media idarəçiliyi, rəqəmsal marketinq və resurslardan istifadə üzrə praktiki vörkşoplar yer alacaq.

Tədbir Gender Hub Azərbaycanın həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr müavini Sədaqət Qəhrəmanova, "Trendyol”un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova və Millət vəkili Fariz İsmayılzadənin açılış nitqləri ilə başlayacaq.

Daha sonra uğurlu qadın sahibkarlar, Lənkərandan Rəftara Şükürova və Masallıdan Kifayət Talıbzadə, öz ilhamverici həyat hekayələrini paylaşacaqlar.

"Yaşıl Liderlik: Qadın sahibkarlar və dayanıqlı inkişaf" mövzusunda keçiriləcək panel müzakirəsi müxtəlif sahələrdən ekspertləri bir araya gətirərək qadınların davamlı təcrübələrin təşviqindəki rolunu araşdıracaq. Müzakirə, qadın sahibkarların iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafı təşviq etməkdə hansı unikal imkanlara sahib olduqlarını vurğulayacaq. Panel zamanı qadınların ekoloji təmiz bizneslər qurmaqda üzləşdikləri imkanlar və çətinliklər müzakirə ediləcək və bu günün sürətlə dəyişən ekoloji şəraitində yaşıl liderliyin vacibliyi önə çəkiləcək.

Günün ikinci yarısında iştirakçılar üçün sosial media idarəçiliyi və rəqəmsal marketinq üzrə vörkşoplar keçiriləcək, sonra isə yaşıl sahibkarlığın və kənd təsərrüfatında davamlı təcrübələrin təşviqi mövzusunda sessiya baş tutacaq.

İkinci gün diqqət gələcək yaşıl bacarıqların inkişafına yönəldiləcək və iştirakçılar Azərbaycanın cənub bölgələrində dayanıqlı sahibkarlıq üçün çağırışlar və imkanları müəyyən etmək üçün birgə çalışacaqlar. Qrup fəaliyyəti olaraq "design thinking" metodu ilə iştirakçılar öz biznes ideyaları vasitəsilə praktik həll yolları inkişaf etdirəcəklər.

Proqram haqqında daha ətraflı məlumat:

- Tarix: 4-5 noyabr

- Saat: 1-ci gün (10:45 - 20:00), 2-ci gün (09:30 - 18:00)

- Məkan: Citrus Valey, Lənkəran

Proqram çərçivəsində iştirakçıların bütün xərcləri (nəqliyyat, yaşayış və qidalanma) təşkilatçılar tərəfindən qarşılanır.

Proqram haqqında daha çox məlumat üçün sosial mediada bizi izləyin:

- Instagram: https://cutt.ly/PeSc1wC2

- Facebook: https://cutt.ly/0eScM3f4

Qeydiyyat üçün: https://forms.gle/jLYvEwFSV8YJCFug8

İştirak pulsuzdur!

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
15:45 28.08.2025
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
15:41 28.08.2025
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
15:33 28.08.2025
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
15:22 28.08.2025
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO