Lənkəranda qadın su quyusuna düşərək ölüb

Lənkəranda qadın su quyusuna düşərək ölüb
SOSİAL
12:31 15.01.2023
160

Lənkəran rayonunda qadın su quyusuna düşərək ölüb.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayeva Seyranə Cabir qızı yaşadığı evin həyətində olan su quyusuna düşüb.

Meyitə baxış zamanı bədən səthində hər hansı xəsarətlər aşkar edilməyib.

Məhkəmə tibb ekspertinin ilkin ehtimallarına əsasən, S.Ağayeva öz ehtiyatsızlığı nəticəsində quyuya düşərək suda boğulub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR