Lənkəranda qəza: xəsarət alanlar var

Lənkəranda qəza: xəsarət alanlar var
HADİSƏ
13:54 29.03.2025
276
Lənkəranda idarəetməni itirən avtomobil yol kənarındakı çuxura düşüb, xəsarət alanlar var.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-21011" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı çuxura düşüb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - Astara rayon sakinləri 2005-ci il təvəllüdlü Zamiq İsmayıl oğlu Rəhmətzadə, 2001-ci il təvəllüdlü Ramiq Vaqif oğlu Həsənzadə və Lənkəran rayon Göyşaban kənd sakini 2006-cı il təvəllüdlü Məriyyəm Ceyhun qızı Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR