Lənkəranda qırğın düşdü: 30-dan çox fanat saxlanıldı

İDMAN
15:32 14.12.2012
2373
Azərbaycan futbolunun barışmaz rəqibləri olan “Xəzər Lənkəran”la “Neftçi” arasındakı qarşılaşmanın başlanmasına 1 saat qalsa da, artıq tərəflər arasında ilk qalmaqal yaşanıb. AZXEBER.COM-un verdiyi məlumata görə, qarşıdurma azarkeşlər arasında baş verib.“Neftçi”nin azarkeş qrupu olan “Neftçi Mania” ilə cənub təmsilçisini dəstəkləyən “Caspian Ultras”ın üzvləri arasında mübahisə düşüb. Əldə etdiyimiz məlumata görə, asayiş keşikçiləri “Neftçi Mania” üzvlərini tutaraq polis bölməsinə aparıb. Ən son məlumata görə, artıq 30 nəfər bakılı fanat saxlanılıb. Lənkəranda matç öncəsi çox gərgin vəziyyət yaranıb.  

OXŞAR XƏBƏRLƏR