Lənkəranda silahlı insident zamanı iki nəfər öldürülüb

Lənkəranda silahlı insident zamanı iki nəfər öldürülüb
SOSİAL
23:32 23.06.2021
490
Lənkəranda silahlı insident olub.
 
"Report"un Cənub Mərkəzi xəbər verir ki, hadisə Havzava kəndində baş verib. İlkin məlumata görə, silahlı insident qohumlar arasında baş verib. Yerli sakinlərdən biri münaqişə zəminində ov tüfəngi ilə əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirilib.

İnsidentin təfərrüatları hələ ki, məlum deyil.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR