AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb.
Kənd sakinləri deyirlər ki, sürüşmə uzun müddətdir davam edir. Çaya sel gələndə su qalxır və daşır.
Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mühəndis-hidrotexniki Ayıq Əliyev bildirib ki, problemin genişlənməsinin qarşısını almaq üçün işlər aparılır.
Qeyd edək ki, bundan öncə Ulum çayının sağ və sol hissəsinə 500 metrə kimi bənd vurulub. Əlavə vəsait ayrılmadığı üçün işlər yarımçıq qalıb.











































