Lənkəran rayonunun mərkəzindən 34 kilometr məsafə yerləşən Jidi kəndi ərazisində torpaq qatı sürüşüb.
AZXEBER.COM xəbər verir ki, kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, sürüşmə yolda 100 metrlik ərazini əhatə edib. Lay torpaq qatının sürüşməsi nəticəsində yol keçilməz hala düşüb.
Qeyd edək ki, bu yoldan Gəgiran kəndinin sakinləri də istifadə edir.