Lənkəranda torpaq sürüşməsi - Yol keçilməz hala düşdü

Lənkəranda torpaq sürüşməsi - Yol keçilməz hala düşdü
SOSİAL
16:28 05.02.2018
959
Lənkəran rayonunun mərkəzindən 34 kilometr məsafə yerləşən Jidi kəndi ərazisində torpaq qatı sürüşüb.
 
AZXEBER.COM xəbər verir ki, kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, sürüşmə yolda 100 metrlik ərazini əhatə edib. Lay torpaq qatının sürüşməsi nəticəsində yol keçilməz hala düşüb.

Qeyd edək ki, bu yoldan Gəgiran kəndinin sakinləri də istifadə edir.
OXŞAR XƏBƏRLƏR