Lənkəranda toyda ölüm hadisəsi olub.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.
Belə ki, Cəlilabadın Qarayar kəndindən Lənkərana bacısı qızının toyuna gedən 1976-cı il təvəllüdlü Səyyad Yaqubovun halı anidən pisləşib.
O, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, kişi ürəktutmasından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.