Lənkəranda yanğın törədən şəxs saxlanıldı

Lənkəranda yanğın törədən şəxs saxlanıldı
SOSİAL
11:24 11.08.2025
167
Avqustun 5-də Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, araşdırmalarla yanğının kənd sakini Elşən Cəfərov tərəfindən məişət tullantıları poliqonunda metal qırıntıları aşkar etmək məqsədilə törədildiyi və odla ehtiyatsız davranması nəticəsində qonşu əraziyə keçdiyi müəyyən edilib.
 
Hadisə nəticəsində 5 hektar ərazidə kol-kos yanıb.

E.Cəfərov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR