Lənkəranda yaşayış binasından yıxılan qız sağ qalıb.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə Şəhidlər Xiyabanı küçəsi, 12 ünvanında yerləşən binada baş verib.
Tələbə olduğu söylənilən İsgəndərova Nigar Vaqif qızı hündürmərtəbəli binadan yıxılaraq ciddi xəsarət alıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
N.İsgəndərovaya təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri ilkin tibbi yardım göstərərək, onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.