Lənkəranlılar onu deputat görmək istəyirlər - Sorğularda birinci olan namizədi

Lənkəranlılar onu deputat görmək istəyirlər - Sorğularda birinci olan namizədi
SİYASƏT
11:52 22.10.2015
1912

V çağırış Milli Məclisə seçkilərə vaxt daraldıqca namizədlərin fəallığı xüsusi nəzərə çarpır. Bu istiqamətdə mətbuat və sosial medianın diqqətində olan əsas namizədlərdən biri Lənkəran şəhər 73 saylı dairənin namizədi Hüseyn Cavadzadədir. Lənkəranlı gənclərin bu ilki seçkilərdə favoriti olan gənc namizəd haqqında bütün Lənkəran, Xəzər Lənkəran futbol klubunun fan klubları davamlı olaraq təbliğat materialları paylaşırlar. Qısa müddət ərzində minlərlə lənkəranlını öz ətrafına toplayan gəncin seçicilərlə görüşləri, tanıtım videosu tanınmış ictimai fiqurlar tərəfindən paylaşılır və fəaliyyəti müsbət qarşılanır.

Qeyd edək ki, Hüseyn Cavadzadə eləcə də internetdə namizədlər arasında keçirilən bütün sorğularda rəqiblərindən böyük faiz fərqi ilə öndədir. Eləcə də Hüseyn Cavadzadəni dəstəkləyən lənkəranlı könüllülərdən ibarət “O səs Lənkəran üçün” qrupu xüsusi fəallıq nümayiş etdirir.

H. Cavadzadə AZXEBER.COM-a Lənkəranın doğma ünvan olduğunu diqqətə çatdırıb: “Çox sevinirəm ki, seçicilərimizlə münasibətlərimiz qarşılıqlıdır. Hər gün yüzlərlə müraciət, məktub alıram və əminəm ki, parlamentdə regionumuzu təmsil edəcəyim halda həm xalqımıza həm də dövlətimizə səmərəli fəaliyyət göstərəcəyəm. Lənkəranlıların doğrudan 5 ildən bir gözə dəyən deputata yox, daim yanlarında olacaq millət vəkilinə ehtiyacları var".

Qeyd edək ki,H.Cavadzadə 1985-ci ilin oktyabrın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası Cavad Cavadzadə Lənkəranın ən hörmətli ziyalı ailələrindən olub. Azərbaycanın tanınmış fiziki, professoru Moskvada təhsil alıb və ömrünün sonuna qədər Bakıda Texniki Universitetdə pedaqoji fəaliyyətlə məşğul olub. Digər babası Hacı Cəlal Hüseynov Lənkəranın tanınmış xeyriyyəçi sahibkarlarından olub.Hüseyn Cavadzadə orta təhsilini 246 saylı məktəb lisey və Azərbaycan Futurologiya İnstitutunun "Kiçik Akademiya"sında alıb. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsinə daxil olub. Universitetin bakalavr, magistr pilləsini qırmızı fərqlənmə diplomu ilə bitirib. Hazırda doktorantdır. 2005-ci ildə Gürcüstanda İFASC-da, 2012-ci ildə Ukrayna Maliyyə Akademiyasında təhsil alıb. Hələ tələbəlik dövründə 2002-2004-cü illərdə hazırladığı layihələr sosial mövzuları əhatə edib. Onlardan biri BMT-nin beynəlxalq Sülh Forumu müsabiqəsidir ki, o, 1-ci yerə layiq görülüb. Digəri - "Əlillərin cəmiyyətə integrasiyası" mövzusunda hazırlanan layihə isə Tel-Əviv İnternational Film Festivalında ən yaxşı debüt mükafatı alıb. 2004-cü ildən "Мир Азербайджана" diaspor fəaliyyətini işıqlandıran jurnalda fəaliyyət göstərib. 2008-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 2012-ci ildən "Addım Gənclər Təşkilatı"nı təsis edib. "Addım"da fəaliyyəti zamanı gənclər arasında insan hüquqları, multikulturalizm, sağlam həyat tərzinin təbliği, gənc iqtisadçıların yetişdirilməsi, yol təhlükəsizliyi və s. mövzularda onlarla regional və beynəlxalq layihələr həyata keçirib. 2015-ci ildə Norveç Krallığının Vibro İnternational təşkilatı tərəfindən "Gənc Siyasətçı" mükafatına layiq görülüb. Bir çox beynəlxalq forum və festivalda regional münsiflər və müşahidə qrupunun rəhbəridir. Ailəlidir. Bir övladı var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda yaşayış binası yanır
18:27 25.05.2025
Bakıda yaşayış binası yanır
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
18:13 25.05.2025
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
18:01 25.05.2025
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
17:48 25.05.2025
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
17:32 25.05.2025
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq