“Lənkəranski”nin yerinə onu gətirdilər - TƏCİLİ

“Lənkəranski”nin yerinə onu gətirdilər - TƏCİLİ
SOSİAL
18:47 28.09.2016
2613

 

Avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən Rövşən Canıyevin ( "Lənkəranski” ) ötən həftə sonu 40 mərasimi keçirilib. Bu müddətdə "Lənkəranski”nin qətli ilə bağlı bir çox suallar açıq qalıb.

Qətlin sifarişçisi və icraçıları haqda da geniş bilgi yoxdur. "Lənkəranski”nin kriminal və biznes imperiyasına bundan sonra kimin sahib olacağı haqda da danışılmır.

40 mərasimində Türkiyədən çox nüfuzlu bir avtoritet gəlib. Həmin nüfuzlu avtoritet Türkiyədə "Lənkəranski”nin yerinə kimin olacağı ilə bağlı söhbət aparıb.

"Lənkəranski”nin ən yaxın adamı, qətlidən sonra İstanbulda həbs edilən "Hacı Beyləqanski” indilikdə klana rəhbərlik etmək durumunda deyil. Qeyd edək ki, İstanbul polisi onun bir neçə qətldə əli olduğundan şübhələnib və avqustun 18-dən həbsdədir. Mənbəmiz deyib ki, bu səbəbdən məsləhətləşmələrdən sonra klanın Türkiyəyə cavabdeh şəxsi kimi gürcü Qoça tanınıb.

Böyük ehtimalla söhbət "Kurşa” ləqəbi ilə tanınan Qoça Çinçaridzeden gedir. Çünki o da son illər Türkiyəyə mütəmadi olaraq gedib-gəlirdi.

Lənkəranskinin yerinə onu gətirdilər - FOTO ile ilgili görsel sonucu

Qoça 5 iyul 1972-ci ildə Kabuletidə(Gürcüstan)anadan olub. O, "qanuni oğru” adını 1992-ci ildə, cəmi 19 yaşı olanda alıb.

Moskva, Odessa və Ukraynada məskunlaşan Qoça son illər Türkiyədə sığanacaq tapıb. 44 yaşlı "qanuni oğru”ilk dəfə 1993-cü ildə Batumidə həbs edilib və 6 ay dustaq həyatı yaşayıb. 2006-cü ildə Moskvada yenidən həbs edilən "Kurşa” 6 aydan sonra yenə azadlığa buraxılıb. Rusiyada sonuncu dəfə 2006-cü ildə deportasiya olunub və o zamandan şimala üz tutmayıb.

Son 10 ildə də o, Ukraynada, əsasən də Odessada məskunlaşıb. Belə güman etmək olar ki, "Rövşən Lənkəranski”Türkiyədə məskunlaşandan sonra o da bu ölkəyə köçüb. Sonuncu dəfə onu Ukraynadan bu ilin aprelində deportasiya ediblər. "Kurşa”nın 2013-cü ildə Gürcüstanda böyük amnistiya nəticəsində həbsdən azad edildiyi qeyd olunsa da, onun hansı səbəbdən mühakimə olunduğu haqda "oğru bioqrafiyasında” məlumat yoxdur.

Bildirək ki, bu günlərdə Berlində "Lənkəranski”nin düşmənlərinə qarşı türk və çeçen mafia klanlarının birləşməsi xəbəri də yayılmışdı. Bildirilirdi ki, klanların birləşməsi "Rövşən Lənkəranski”nin yaxın dostu və Avropa "obşakı"na ( xəzinəsinə ) nəzarət edən çeçen Həmzət Qastamirovun ("Şeyx Həmzət”) təşəbbüsü ilə baş verib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. (musavat.com)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb