Ölənlərin sayı 70-i ötdü

DÜNYA
18:00 28.08.2013
1136

İraq paytaxtında həyata keçirilən terror aktları zamanı ölənlərin sayı 71 nəfərə çatıb, 200-dən çox yaralı var.

APA-nın məlumatına görə, bundan əvvəlki xəbərlərdə ölənlərinin sayının 51 olduğu, 150 nəfərin yaralandığı bildirilirdi. Bu gün Bağdadın şiələr yaşayan məhəllələrində minalanmış 10-a yaxın avtomobil partladılıb. Kamikadzenin idarə etdiyi avtomobillərdən biri polis məntəqəsinə girib, daha sonra uzaqdan idarəetmə ilə partladılıb. İlin əvvəlindən İraqda baş verən terror aktlarında 3700-dən çox şəxs ölüb.

 

OXŞAR XƏBƏRLƏR