Lerik sakinləri İqbal Məmmədovu axtarır: Deputat isə xaricdə kefdədir

Lerik sakinləri İqbal Məmmədovu axtarır: Deputat isə xaricdə kefdədir
SOSİAL
14:28 10.02.2017
4112
Lerik sakinləri hazırda öz deputatlarını – 78 saylı Lerik Seçki Dairəsindən deputat seçilmiş İqbal Məmmədovu tapa bilməməkdən şikayətlənirlər.
 
AZXEBER.COM xəbər verir ki, rayon sakinləri "Report"a bildiriblər ki, Lerikdə bir sıra sosial problemlər var. "Məsələn, rayonun əksər yolları indi keçilməz bataqlıqları xatırladır. Lakin 2010-cu ildən rayonun deputatı olan İqbal Məmmədov biz sakinlərin problemləri ilə maraqlanmır. Nəinki maraqlanmır, artıq 6 ilə yaxındır Lerikdən deputat seçilən bu şəxsin üzünü indiyədək demək olar ki, görməmişik. İndiyədək bir dəfə də olsun seçiciləri ilə görüşməyən millət vəkili problemlərimizlə maraqlanmır, şikayətlərimizi dinləmir. Halbuki, İqbal müəllim keçən il seçkiqabağı keçirdiyi azsaylı görüşlərdə yol problemi də daxil olmaqla əksər məsələlərlə şəxsən maraqlanacağını vəd etmişdi”, - sakinlərdən biri deyib. Rayon sakinlərinin verdiyi məlumata görə, "Kaspi Yıldız” və "Relax” kimi şirkətlərin sahibi olan İ.Məmmədov Lerikdə yüzlərlə hektar torpaq sahəsini öz nəzarətinə keçirərək təsərrüfat qurub. Yeri gəlmişkən, bugünlərdə deputatın adı "süni yaradılmış "apteçka” ajiotajı”nda da hallanıb.
 
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuata açıqlamasında bildirilib ki, son günlər mediada yayılan məlumatlar süni formada yaradılan ajiotajdır: "Dərman qutusu, qəza dayanma nişanı və yanğın söndürən balonun avtomobildə olması mütləqdir. Bu ajiotajın məqsədli şəkildə kimlər tərəfindən yaradılması məlum deyil”. Bu ajiotajın kim tərəfindən yayılması məlum olmasa da, daha çox məhsul satmaq niyyəti ilə edildiyi açıq-aşkar hiss olunur. Mətbuatda isə bu ajiotajın müəlliflərindən biri kimi məhz deputat İqbal Məmmədov göstərilib. Xatırladaq ki, bu ilin əvvəlindən avtomobillərdə qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı ciddi tədbirlərə başlanacağı barədə heç bir mənbəsi olmayan məlumatlar yayılıb. Yanğınsöndürmə balonlarının ölkəyə gətirilməsində ən böyük şirkətlərdən biri olan "Kaspi-Yıldız”ın deputata aid olmasına əsaslanan yerli KİV bu ajiotajın həmmüəlliflərindən biri kimi İqbal Məmmədovu göstərib. Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, "Relax” kimi istirahət mərkəzinə sahib olmasına baxmayaraq, İ.Məmmədov bir aya yaxındır ki, xaricdə istirahətdədir...
 
Qeyd edək ki, İqbal Məmmədovun böyük qardaşı Asif Məmmədov da uzun illər vəzifə başında olub. O, 2006-2011-ci illərdə Balakənin, 2011-2013-cü illərdə Şamaxının icra başçısı vəzifəsini tutub. 2013-cü ilin 15 fevralında Prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb