Lerikdə 53 yaşlı rabitəçini elektrik cərəyanı vurub öldürdü

Lerikdə 53 yaşlı rabitəçini elektrik cərəyanı vurub öldürdü
HADİSƏ
22:33 31.07.2025
586
Lerikdə elektrik cərəyanı "Aztelekom” MMC-nin əməkdaşını vuraraq öldürüb.

AZXEBER.COM xəbər verir ki, hadisə Cəngəmiran kəndində baş verib.

Belə ki, rayon sakini 1972-ci il təvəllüdlü Sərdar Balı oğlu Həmidov təmir-bərpa işləri apararkən elektrik cərəyanı onu vurub. O, hadisə yerində ölüb.

S.Həmidovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR