Lerikdə baş verən dəhşətli faciədə sağ qalan ata: "İstədim içəri girim, gördüm ki, evi basıb dağıtdı"

Lerikdə baş verən dəhşətli faciədə sağ qalan ata: "İstədim içəri girim, gördüm ki, evi basıb dağıtdı"
SOSİAL
16:46 24.02.2017
12283

 

Ötən gün saat 12:30-da Lerik rayonunda Əhliman Mustafayevə məxsus 3 otaqlı ev qar uçqunu altında qalıb.

Azxeber.com ARB TV-yə istinadən xəbər verir ki, baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

Həmin vaxt ailə üzvlərindən 5 nəfəri tamamilə dağılan otaqda olublar. Qar altında qalan ailə üzvləri 56 yaşlı Şövkət Mustafayeva, gəlini 23 yaşlı İlahə Mustafayeva, nəvələri 2 yaşlı Zəhra və 1 yaşlı Uğur Mustafayevlər uçqun zamanı həlak olublar. 8 yaşlı Elcan Mustafayev beşikdə olduğundan onu uçqun altında sağ çıxarmaq mümkün olub.

Dərhal hadisə yerinə cəlb olunan həkim briqadasının köməkliyi ilə körpə Lerik Rayon Xəstəxanasına çatdırılaraq ilkin tibbi yardım göstərilib və müayinələrdən keçirilib.

Körpənin atası Zöhrab Mustafayevbildirir ki, hadisə baş verən an həyətdə olub. Və qəfildən dağın ətəyindən qar uçqununun evə doğru hərəkət etdiyini görüb. Evdə olanları xəbərdar etməyə çalışsa da bu mümkün olmayıb: "Elə qapını açıb, içəri girmək istədim gördüm ki, evi basıb dağıtdı. Divar uçdu. Qardaşımın yoldaşı, 2 uşaq qaldı dağın altında. Oğlum qalmışdı 8 aylıq uşaq. Boğulmuşdu. Süni nəfəs verəndən sonra özünə gəldi".

Hadisə baş verəndən dərhal sonra Lerik rayon rəhbərliyi, FHN-nin Cənub regional mərkəzinin əməkdaşları Orand kəndinə yollanıblar.

Bu gün kənddə həlak olan ailə üzvlərinin dəfni həyata keçirilir. Rayon Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov bu məqsədlə icra hakimiyyəti başçısı tərəfindən lazımi köməkliyin göstəriləcəyini bildirdi.

Ərazidə qarın hündürlüyü 1 metrdən artıq olduğu üçün və qar çovğunu müşahidə olunduğundan hazırda texnikalar ərazidə iş aparır.

Uçquna səbəb isə evin dağın kənarında yerləşməsi və rayona yağan intensiv yağıntı nəticəsində 3-4 metr qarın yığılması olub.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib