Lerikdə qardaşlar qonşunun arvadını döydülər

Lerikdə qardaşlar qonşunun arvadını döydülər
SOSİAL
15:14 28.06.2025
435

Lerik rayonunda qadın qonşu qardaşlar tərəfindən döyülüb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Zərdəbər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 35 yaşlı Pərvanə Talıbovanın qonşuları Ruslan və Orxan qardaşları tərəfindən döyüldüyü iddia olunur.

Bu barədə zərərçəkənin həyat yoldaşı Rizvan Əliyev məlumat verib. Yaralı qadın Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR