Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO

Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
SOSİAL
14:44 19.06.2026
631
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Lerik şəhəri V. İbrahimov adına İnterqrasiya təlimli internat tipli gimnaziyada maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə 6-10 yaş arasında olan 100-dən çox şagird iştirak edib. Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Tehran Höccətov qonaqları salamlayaraq, uşaqların erkən yaşlardan hüquqi biliklərə yiyələnməsinin vacibliyini vurğulayıb və belə maarifləndirici təşəbbüslərin məktəblilər üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Daha sonra Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri, layihənin rəhbəri Sevinc Fədai çıxış edərək bildirib ki, Konstitusiya yalnız hüquqşünaslar üçün deyil, hər bir vətəndaş, o cümlədən uşaqlar üçün vacib olan dəyərlər toplusudur. O qeyd edib ki, layihənin məqsədi uşaqlarda hüquqi savadlılığı artırmaq, onların hüquq və vəzifələri barədə məlumatlılığını gücləndirmək, həmçinin vətəndaşlıq məsuliyyəti hissini formalaşdırmaqdır.

Layihənin eksperti, yazıçı-jurnalist Tural Cəfərov uşaqlarla səmimi söhbət apararaq Konstitusiyanın mahiyyəti, xalq hakimiyyəti, vətəndaşların əsas hüquq və vəzifələri barədə sadə və maraqlı nümunələrlə məlumat verib. O, hüquqi biliklərin uşaqlara onların anlayacağı dildə çatdırılmasının vacibliyini vurğulayıb.

Tural Cəfərovun çıxışından sonra layihə çərçivəsində hazırlanmış, Konstitusiyada təsbit olunan insan hüquq və azadlıqlarını uşaqlar üçün sadə və anlaşıqlı şəkildə izah edən "İnsan hüquq və azadlıqları” mövzusunda videoçarx nümayiş etdirilib. Uşaqlar tərəfindən böyük maraqla qarşılanan videoçarx hüquq anlayışlarının onların gündəlik həyatı ilə əlaqələndirilərək təqdim olunmasına imkan yaradıb.

Tədbirin ən maraqlı hissəsində metodist, xüsusi pedaqoq Vüsalə Mustafayeva tərəfindən uşaqlar üçün interaktiv məşğələlər təşkil olunub. Hüquq və vəzifələr mövzusu müxtəlif oyunlar, sual-cavablar və yaradıcı tapşırıqlar vasitəsilə izah edilib. Əyləncəli və interaktiv üsullar uşaqların mövzuya marağını artırmaqla yanaşı, onların əldə etdikləri bilikləri daha yaxşı mənimsəmələrinə şərait yaradıb.

Sonda şagirdlərin sualları cavablandırılıb, onlarla maarifləndirici söhbətlər aparılıb və layihə çərçivəsində hazırlanmış materiallar barədə məlumat verilib.

Qeyd edək ki,  layihənin əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan hüquq və vəzifələri uşaqlara onların yaş xüsusiyyətlərinə uyğun, sadə və anlaşıqlı formada çatdırmaq, hüquq mədəniyyətinin formalaşmasına töhfə verməkdir. "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya müddəalarının uşaqlar üçün sadə dildə izah olunduğu məqalələr, videoçarxlar və digər maarifləndirici materiallar hazırlanır, müxtəlif təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirilir. Layihə uşaqlarda hüquqi savadlılığın artırılmasına və vətəndaşlıq dəyərlərinin formalaşdırılmasına xidmət edir.
 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirildi
11:02 26.09.2026
Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirildi
“Onun bir sözü də, bir vergülü də dəyişməyib” - İlham Əliyev
10:46 26.09.2026
“Onun bir sözü də, bir vergülü də dəyişməyib” - İlham Əliyev
Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq
10:38 26.09.2026
Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq
Azərbaycan Prezidenti: Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik
10:22 26.09.2026
Azərbaycan Prezidenti: Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik
Qaradağda palçıq vulkanı püskürüb
10:18 26.09.2026
Qaradağda palçıq vulkanı püskürüb
Prezident: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
10:13 26.09.2026
Prezident: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
10:08 26.09.2026
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
10:04 26.09.2026
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
09:59 26.09.2026
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
09:58 26.09.2026
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
09:34 26.09.2026
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
09:32 26.09.2026
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
09:29 26.09.2026
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
09:28 26.09.2026
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
09:25 26.09.2026
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
09:21 26.09.2026
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı