Lətifənin biznes profili ələ keçdi

Lətifənin biznes profili ələ keçdi
MAQAZİN
11:27 26.01.2024
208
Lətifə Soyuöz də xaker hücumlarına məruz qalan sənətçilər sırasına qatılıb.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda müğənni "instagram" hesabında məlumat verib.
 
Belə ki, sənətçi, brendinə məxsus olan biznes səhifəsinin bağlandığını izləyicilər ilə bölüşüb:
 
"Səhifəmiz xaker hücumundan dolayı bağlanmışdır. Müvəqqəti narahatçılığa görə üzr istəyirəm. Yaxın zamanda aktiv profilimizdə hamınızı gözləyirik" deyə müğənni bildirib.
 
Lətifə əlavə edib ki, qısa zamanda səhifəni qaytara bilib:

"Hazırda profil özümdə olsa da, heç bir paylaşım qalmayıb".
Aysel
 

 


OXŞAR XƏBƏRLƏR