"Qızıl top"un təltifetmə mərasimində "Gerd Müller" mükafatının sahibi açıqlanıb. "Report"un məlumatına görə, mükafata İspaniya "Barselona"sının futbolçusu Robert Levandovski sahib çıxıb. Polşalı oyunçu ilin ən yaxşı hücumçusu seçilib.