'Lex'in baş məşqçisi 'Xəzər'i keçəcəklərinə əmindir

İDMAN
15:22 21.07.2012
1491
"Biz daha bir uzun səfərə çıxa bilərik. Ötən həftə Azərbaycana 20 min km məsafə qət etdik ki, bu da yaxşı deyildi".Qol.Az-ın məlumatına görə, bu sözləri "Lex" klubunun baş məşqçisi Marius Rumak deyib. "Xəzər Lənkəran"ı keçəcəyi təqdirdə AİK (İsveç) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq "Lex"in baş məşqçisi potensial rəqibləri haqda fikirlərini bölüşüb:"Mən bu komandalar arasında baş tutan ilk görüşü izləməmişəm. Ona görə də hansı komandanın favorit olduğunu deyə bilmərəm. Təbii ki, bizim əsas məqsədimiz ikinci mərhələni uğurla adlamaqdır. Düşünürəm ki, növbəti rəqibimiz "Xəzər Lənkəran"dan tamamilə fərqli komanda olacaq.

OXŞAR XƏBƏRLƏR